Düşmən bu gecə də mövqelərimizi atəşə tutub

 Düşmən bu gecə də mövqelərimizi atəşə tutub
  25 Noyabr 2018    Oxunub:1858
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Ağdam rayonunun işğal altında olan Nəmirli, Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Azvision.az



Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti