Səfər Mehdiyevin qəbul vaxtı dəyişdi

Səfər Mehdiyevin qəbul vaxtı dəyişdi
  26 Noyabr 2018    Oxunub:2396
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir.
Komitədən Azvision.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında (Sülh küç.1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı aidiyyatı rayonların-Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Azvision.az


Teqlər: DGK   Sədr  





Xəbər lenti