Bakı-Naxçıvan aviareysi gecikir

 Bakı-Naxçıvan aviareysi gecikir
  26 Noyabr 2018    Oxunub:1936
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir.
Şirkətdən Azvision.az-a verilən məlumata görə, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.

Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.

Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.

Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.

Azvision.az


Teqlər: Naxçıvan   AZAL  





Xəbər lenti