NATO-dan Ukraynaya dəstək – Təcili iclas çağırıldı

NATO-dan Ukraynaya dəstək –  Təcili iclas çağırıldı
  26 Noyabr 2018    Oxunub:3701
Rusiyanın Ukraynaya məxsus 3 hərbi gəmini Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında silah tətbiq etməklə ələ keçirməsilə əlaqədar NATO bu gün təcili toplantı keçirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, təcili iclas qərarı alyansın baş katibi Yens Stoltenberqin Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətindən sonra verilib.

“Baş katib NATO-nun Ukraynanın beynəlxalq hüquqla nəzərdə tutulmuş ərazi sularında tam naviqasiya haqqı daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib. Prezident Poroşenkonun tələbi əsasında, Rusiya ilə baş verən hazırkı vəziyyətin müzakirəsi üçün alyansın baş katibi səfirlər səviyyəsində Brüsseldə NATO-Ukrayna Komissiyasının fövqəladə iclasını çağırmağa razılaşdı” – Alyansın bəyanatında bildirilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   Rusiya   NATO  





Xəbər lenti