Rusiya ilə turizm sahəsində əməkdaşlıq ediləcək - Fərman

Rusiya ilə turizm sahəsində əməkdaşlıq ediləcək -  Fərman
  26 Noyabr 2018    Oxunub:2179
Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Azvision.az xəbər verir ki, saziş 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin.

Azvision.az



Teqlər: Prezident   Fərman   Turizm  





Xəbər lenti