Qızların ərə getməməyinin səbəbi tapıldı– Jurnalistlər Facebookda

Qızların ərə getməməyinin səbəbi tapıldı– Jurnalistlər Facebookda
  01 Noyabr 2013    Oxunub:2357
”Məni bu son bahardan sağ çıxart, dilə məndən nə dilərsən”.
“A kişi, metroda da qəzet satarlar? – Jurnalistlər Facebookda

”Məni bu son bahardan sağ çıxart, dilə məndən nə dilərsən”.

AzVision.az “Məşhurların facebook gündəliyi” rubrikasında bu dəfə jurnalistlərin Facebook sosial şəbəkəsində paylaşdıqları maraqlı statusları təqdim edir:

APA-nın müxbiri Könül Kamilqızı: "Kişi əmr etməlidir, amma hökmdar kimi yox, qadın dinləməli, yerinə yetirməlidir, amma qul kimi yox."

Reportyor Fərahim İlqaroğlu: “Azərbaycanlı milyarder Telman İsmayılov kasıb, səfil, kirayələrdə sürünən rus müğənni Nikolay Baskova villa hədiyyə edib. Belə yerdə deyirlər ki, yağış həmişə dolu yerə yağır”.

Trend-in müxbiri Bəxtiyar Hacıyev: “İndiki qızların gec ərə getməyinin və ya evdə qalmağının səbəbini öyrəndim axır ki. Başları girib telefon və planşetlərin içinə, bir “köpək oğlu” da üzlərini görmür ki, bəyənsin”.

“New Baku Post”un müxbiri Ümidə Həsənli: “Bu nədir, bu nə bəladır: niyə kişilər sevdiyi, onu sevən qadına, həyat yoldaşına, uşaqlarının anasına sahib çıxa bilmir? Niyə bir kişi bircə qadına belə sahib olmağı bacarmır? Kişilər niyə bu qədər acizləşib?”

Jurnalist Aynur Elgünəş: “8228-dən mesaj gəlib ki, həyatını bir SMS-lə dəyiş. Düz deyir, 1-cə SMS kifayət edir ki, səni var-yoxdan eləsin. Həm əsəbini alsın, həm də konturlarını...”

“Qaynarinfo”nun müxbiri Anar Əhmədov: “Deyirlər Ermənistan əhalisi günü-gündən azalır. Yaxşı ki demirlər buxarlanır...”

Jurnalist Günay Arda: "Məni bu son bahardan sağ çıxart, dilə məndən nə dilərsən”.

“MuzTv”-nin əməkdaşı Çinarə Nurməmmədova: “Sevdiyimi və sevildiyimi hiss etmək istəyəndə anama baxıram. O qadın mənim üçün möcüzədir. Onun mənə sevgisi təmənnasızdır. Xəbər yazmağa başlayanda hər gün cürbəcür şirniyyatla, “yoqurt”, çay gətirib qoyur qabağıma. Gecə saat birəcən o çayı 3-4 dəfə dəyişir. Heç birinə də əl vurmuram, içmirəm. Amma o bezmir, yenə dəyişir. Baxışından belə sevgi duyuram. Analarınıza bərk-bərk sarılın. Onlar qədər sizi heç kim sevməyəcək. Onların qəlbini qıracaq, ruhunu belə incidəcək heç nə etməyin!”

Milli.az xəbər portalının müxbiri Teymur Hacıyev: “Günün mövzusu Bakı transeksuallarıdır. Bütün ölkə mediası "mavi"lərdən yazır. Qardaşım, başqa mövzu yoxdur? Başa düşürəm ki, tolerantsınız, dözümlü xalqın nümayəndələrisiniz. Ancaq axtarsanız yazmağa başqa mövzular da tapmaq olar axı...”

Kulis.az-ın müxbiri Ağa Cəfərli: “Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində bir kitab mağazası vardı. Vaxtilə bir xeyli kitab almışdım oradan. O gün görürəm ki, həmin yeri qəssab dükanı ediblər”.

“Modern.az” saytının müxbiri İlkin Pirəli: “A kişi, metroda da qəzet satarlar?! Tağı müəllim düz eləyib də kağız-kuğuzu yığışdırıb. Metro daha çox əski-üskü satmaq üçündür, deyilmi?!”


Mirvari




Teqlər:  





Xəbər lenti