Azərbaycanda 1,4 milyon avroluq ekoloji layihə

Azərbaycanda 1,4 milyon avroluq ekoloji layihə
  27 Noyabr 2018    Oxunub:1647
"Avropa İttifaqı Azərbaycanda havanın keyfiyyətini yaxşılaşdırmağı hədəf götürüb"
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının rezident tvinninq müşaviri Katya Loven bildirib. O, qeyd edib ki, bu məqsədlə "Azərbaycanda ekoloji monitorinq sistemlərinin modernizasiyasına tvinninq layihəsi" Avropa Ittifaqı tərəfindən maliyyələşdirilir:

"Layihənin dəyəri 1,4 milyon avrodur. Layihənin icra müddəti 2016-cı ilin noyabr ayından 2019-cu ilin yanvar ayına qədərdir. Layihənin əsas məqsədi qərarvermə prosesində istifadə oluna biləcək yüksək keyfiyyətli məlumatların təmin edilməsi ilə Azərbaycanın ekoloji fəaliyyətinin yaxşılaşdırılmasıdır. Əsas diqqət mərkəzi isə havanın keyfiyyətidir. Layihə Avropa Ittifaqının nümunəvi təcrübələri əsasında hava keyfiyyətinin monitorinq sistemlərinin modernizasiyası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olur".

K.Loven əlavə edib ki, havan;n çirklənməsinin iqtisadi təsirləri də var: "Hazırda havanın keyfiyyəti bütün Avropada əhalinin sağlamlığı üçün ən böyük riskdir. 2010-cu ildə Azərbaycanda havanın çirklənməsindən qaynaqlanan ölümlərin (açıq və qapalı hava şəraitində) iqtisadi mahiyyəti Ümumi Daxili Məhsulun 7,1 faizini (10042 milyon dollar) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:  





Xəbər lenti