Parlamentin xərclər smetası daha 10 milyon artırıldı

Parlamentin xərclər smetası daha 10 milyon artırıldı
  27 Noyabr 2018    Oxunub:1486
Milli Məclisin gələn il üçün xərclər smetası artırılır.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, parlamentin gələn il üçün xərclər smetasına əlavə olaraq 10,1 milyon manat ayrılacaq.

Bundan əvvəl Azərbaycan Milli Məclisinin və onun Aparatının 2019-cu il üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyən olunmuşdu.

Xatırladaq ki, 2018-ci ilin dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanılması üçün 24 milyon 232 min 055 manat vəsait nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti