Aİ-nin tvinning layihələri barədə məlumat verilib

Aİ-nin tvinning layihələri barədə məlumat verilib
  27 Noyabr 2018    Oxunub:1823
Avropa İttifaqı iki Tvinning layihəsi - "Azərbaycanda Ərtaf Mühitin Monitorinqi Sisteminin Aİ-nın təcrübəsinə əsasən təkmilləşdirilməsi" və "Azərbaycan Respublikasının milli akkreditasiya sistemının gücləndilməsi" barədə jurnalistlərə məlumatlandırma sessiyası keçirib.
AzVision.az-ın məlumatına görə, sessiyada bildirilib ki, Azərbaycanda 10 il ərzində 50-yə yaxın tvinninq layihəsi həyata keçirilib.

Qeyd olunub ki, bəzi dövlət qurumları tvinninq layihəsinin icrasına daha çox maraq göstərirlər. İndiyə qədərki ən böyük tvinninq layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra edilir və hazırda davam edən layihənin dəyəri 1.400.000 avrodur.

Vurğulanıb ki, tvinninq layihələri icra edildikdən sonra Aİ tərəfindən daim onların monitorinqi aparılır.



Avropa İttifaqının Rezident tvinninq müşaviri Katya Loven bildirib ki, "Azərbaycanda ekoloji monitorinq sistemlərinin modernizasiyasına Tvinninq layihəsi" Avropa Ittifaqı tərəfindən maliyyələşdirilir: "Layihənin dəyəri 1,4 milyon avrodur. Layihənin icra müddəti 2016-cı ilin noyabr ayından 2019-cu ilin yanvar ayına qədər olan müddəti əhatə edir. Layihənin əsas məqsədi qərarvermə prosesində istifadə oluna biləcək yüksək keyfiyyətli məlumatların təmin edilməsi ilə Azərbaycanın ekoloji fəaliyyətinin yaxşılaşdırılmasıdır. Əsas diqqət mərkəzi isə havanın keyfiyyətidir. Layihə Avropa Ittifaqının nümunəvi təcrübələri əsasında hava keyfiyyətinin monitorinq sistemlərinin modernizasiyası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olur".

Avropa Ittifaqının Rezident tvinninq müşaviri Zinaida Gorina isə qeyd edib ki, "Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi" tvinninq layihəsinin dəyəri 1. 200.000 avrodur: "1 iyul 2017-ci ildə başlamış bu layihənin 24 ay davam etməsi nəzərdə tutulub. Layihənin məqsədi Azərbaycan Akkreditasiya Mərkəzinin imkanlarını Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Akkreditasiya Forumunun və Akkreditasiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının tələblərinə uyğun olaraq gücləndirməkdir".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:   Tvinninq   Layihə  





Xəbər lenti