Kənd təsərrüfatına ayrılan vəsait 40 milyon artırılır

 Kənd təsərrüfatına ayrılan vəsait 40 milyon artırılır
  27 Noyabr 2018    Oxunub:1821
Gələn il kənd təsərrüfatı xərcləri üçün əlavə olaraq 40 milyon manat ayrılacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bundan başqa, islahatların həyata keçirilməsi ilə bağlı tədbirlər üçün 256 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsi layihəsinin ilkin proqnozunda kənd təsərrüfatına 797 milyon manat ayrılması nəzərdə tutulmuşdu.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Samir-Şərifov  





Xəbər lenti