Vəkillərə vergi güzəştinin tətbiq olunması təklif edildi

Vəkillərə vergi güzəştinin tətbiq olunması təklif edildi
  27 Noyabr 2018    Oxunub:2160
“Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb. Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər bir saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vegi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Ümid edirəm ki, gələcəkdə vəkillik fəaliyyəti ilə də bağlı həm vergi, həm də digər icbari ödənişlərə də güzəştlər tətbiq olunacaq”- deyə Ə.Hüseynli vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vəkil   DSMF  





Xəbər lenti