Koreyanın yeni səfiri Azərbaycana gəlib

Koreyanın yeni səfiri Azərbaycana gəlib
  27 Noyabr 2018    Oxunub:1850
Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Kim Tonq-opu qəbul edib.
Azərbaycan XİN-in Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd ediblər. Bu xüsusda, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin həyata keçirildiyini vurğulayan tərəflər bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini ifadə ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm infrastruktur layihələr haqqında məlumat verərək Koreya tərəfinin də bu imkanlardan faydalana biləcəyini bildirib. Səfir Kim Tonq-op etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az



Teqlər: Koreya   Azərbaycan   XİN  





Xəbər lenti