Tovuzda 6 partlamamış hərbi sursat tapılıb

Tovuzda 6 partlamamış hərbi sursat tapılıb
  28 Noyabr 2018    Oxunub:1810
Bu gün saat 10:11-də Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsindən Agentliyə həmin rayonun ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 110 KV-luq Günəşli yarımstansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 6 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü və 10 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az


Teqlər: ANAMA   Tovuz  





Xəbər lenti