Prezident yol tikintisinə 9 milyon ayırdı

Prezident yol tikintisinə 9 milyon ayırdı
  28 Noyabr 2018    Oxunub:1601
Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 20 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti