“Tahir Salahov nadir istedada malikdir” - Putinin təbriki

“Tahir Salahov nadir istedada malikdir” -  Putinin təbriki
  29 Noyabr 2018    Oxunub:3338
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Azvision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Görkəmli rəssam, təsviri sənətin klassiki sayılan Tahir Salahov, Siz nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaxşı tanınırsız. Sizin işləriniz Rusiya və dünyanın ən yaxşı muzey, rəsm qalereyalarını bəzəyir.

Çoxsaylı sərgiləriniz isə mədəni həyatda mühüm hadisə olur və rəsm həvəskarları arasında böyük maraq doğurur. Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insan kimi tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr pleyadası yetişdirmisiniz".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Putin   Tahir-Salahov  





Xəbər lenti