Gömrükdə külli miqdarda siqaret aşkarlanıb

Gömrükdə külli miqdarda siqaret aşkarlanıb
  29 Noyabr 2018    Oxunub:1767
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış siqaretlərin olması barədə məlumat daxil olub.
Komitədən Azvision.az-a verilən məlumata görə keçirilmiş əməliyyat tədbiri nəticəsində avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılıb.



Baxış zamanı avtomobilin yük yerində olan sellofan torbaların içərisindən, üzərində aksiz markası olmayan 3000 ədəd "Parliament Aqua Blue", 2000 ədəd Parliament Super Slims", 1000 ədəd "Parliament Carat", 5600 ədəd "Marlboro Gold Edge", 12000 ədəd "Kent Nanotek" markalı siqaretlər aşkar olunub.

Faktla bağla araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Siqaret   Gömrük  





Xəbər lenti