Tehran-Bakı reysi ləğv edildi - Səbəbi bilinmir

 Tehran-Bakı reysi ləğv edildi -  Səbəbi bilinmir
  29 Noyabr 2018    Oxunub:2101
Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Azvision.az



Teqlər: Tehran   Bakı  





Xəbər lenti