Mənəvi Dəyərlərin Təbliği Fondu seminar keçirib

Mənəvi Dəyərlərin Təbliği Fondu seminar keçirib
  29 Noyabr 2018    Oxunub:2178
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqatala şəhərində “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.
Fonddan Azvision.az-a verilən xəbərə görə, seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun baş məsləhətçisi Emin Mehtiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev və Zaqatala rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov tədbirin mahiyyətindən danışaraq dövlət-din münasibətləri haqqında geniş məlumat verib. R.Həsənov Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin öyrənilməsində və qorunub saxlanılmasında hər bir vətəndaşın fəal olmasının vacibliyini qeyd edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördüyü çoxşaxəli tədbirlər nəticəsində respublikada ictimai sabitliyin, əmin-amanlığın təmin edildiyini və sosial–iqtisadi inkişafın böyük uğurla həyata keçirildiyini vurğulayıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Emin Mehtiyev çıxışında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Fondun nümayəndəsi Fond tərəfindən mənəvi dəyərlərin təbliği istiqamətində geniş maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, eyni zamanda sosial layihələrin icra edildiyini qeyd edib. E.Mehtiyev dini icmalara və din xadimlərinə maddi dəstək verildiyini, şəhid, əlil və aztəminatlı ailələrə maddi yardımların göstərildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucov qeyd edib ki, milli-mənəvi dəyərlər xalqımızın tarixi köklərindən qaynaqlanaraq bu günləri müasir Azərbaycan vətəndaşının dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillərin əhəmiyyətindən danışan B.Orucov eyni zamanda Azərbaycanda mövcud olan yüksək multukutural dəyərlərin və dini tolerantlığın bütün dünya ölkələrinə parlaq nümunə olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışaraq bu işdə hər bir vətəndaşın təbliğatçıya çevrilməsinin vacib olduğunu diqqətə çatdırıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətindən bəhs edən İ.Vəliyev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mənəvi dəyərlərin qorunması sahəsində görülən böyük və uğurlu işləri qeyd edib. Natiq mənəvi dəyərlər sisteminin gənclərin vətənpərvər olaraq yetişməsində mühüm rol oynadığını bildirib. Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr təşkil edilib.

Azvision.az


Teqlər: Seminar  





Xəbər lenti