“Mən pedofiləmsə, niyə buna göz yumurdu?” - Qalmaqallı müəllim

  30 Noyabr 2018    Oxunub : 5943
“Mən pedofiləmsə, niyə buna göz yumurdu?” - Qalmaqallı müəllim
Bakı şəhəri 220 nömrəli məktəb-lisey son günlər direktor əvəzi Tural Mirzəyevlə təhsil müəssisəsindən xaric edilən müəllimlər arasında yaşayan qalmaqallarla gündəmə gəlib. Tərəflər bir-birilərini yalan danışmaqda günahlandırırlar. Tural Mirzəyevin məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizovu pedofillikdə ittiham etməsi, onun 9 yaşlı şagirdinə aşiq olması barədə açıqlaması gərginliyi daha da artırıb.
Adı pedofillikdə hallanan Rövşən Əzizov ittihamlara cavab verib. İşdən çıxarılan müəllim Azvision.az-a bildirib ki, direktorun məqsədi onu gözdən salmaqdır, deyilənlər həqiqətə uyğun deyil.



“Guya mən 9 yaşlı şagirdimə aşiq olmamışam. Amma bununla bağlı heç yerdə heç nə yazmamışam. Sadəcə olaraq məktəbin direktoru Tural Mirzəyev biləndəki faktlarla, sübutlarla, videomateriallarla onun iç üzünü açıram, belə lazımsız söhbətlər etməyə başladı. Əgər mən pedofiləmsə, niyə direktor 9 yaşlı qızını mənim yanıma hazırlığa qoyurdu? Onun qızı mənim videolarımda da var. Özlərindən düzüb qoşub belə şaiələr yaydılar, fotoşopdan istifadə etdilər.

Valideynlər qızlarını mənə əmanət ediblər. Elə şey olsaydı, hansi valideyn məni övladına yaxın buraxardı? Bu 9 yaşlı qız kimdir, haradadır? Bunu mənə göstərsinlər. Necə oldu ki, mən o qızı sevmişəm, direktor buna göz yumub. Adama deyərlər, sənin yanında müavinin Aybəniz Mirzəliyeva var idi, o, niyə dillənmirdi. İndimi mən pedofil oldum?”.



R. Əzizov hazırda evli olduğunu söyləyib, haqqında yayılan məlumatlardan narahatlığını ifadə edib.

“Mənim toyumda Nizami rayon icra başçısnın birinci müavini, millət vəkili Sədaqət Vəliyeva da iştirak edib. Hətta toyumda polis əməkdaşı da olub. Mən polisin gözü qarşısında azyaşlı qızla evlənə bilərdimmi? Əlbəttə, yox. Mənim uşağımın altı yaşı var. Ayıbdır, belə lazımsız söhbətlər etmək bizə yaraşmaz".



Şahanə Rəhimli
Azvision.az

Teqlər: Müəllim