Növbəti geomaqnit qasırğası gözlənilir

Növbəti geomaqnit qasırğası gözlənilir
  30 Noyabr 2018    Oxunub:1462
Dekabr ayının 1-i və 2-də növbəti geomaqnit qasırğası gözlənilir.
Azvision.az-ın məlumatına görə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib ki, qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir.

Bu tac dəliyindən başlanğıcını götürən yüksəksürətli Günəş plazma küləyi yerətrafı fəzaya çatmaqla, maqnitosferi həyəcanlaşdıracaq və G1 sinfinə aid geomaqnit qasırğasına səbəb olacaq.

"Meteoşəraitin son şıltaqlıqları və geomaqnit qasırğasının birgə təsirləri risk qrupuna daxil olan insanlar üçün heç də yaxşı hal vəd etmir. Diskomfort xeyli artacaq".

Azvision.az



Teqlər:





Xəbər lenti