Mikayıl Cabbarovdan deputatın təklifinə cavab

 Mikayıl Cabbarovdan deputatın təklifinə cavab
  30 Noyabr 2018    Oxunub:1609
"Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Hazırda daha geniş azadolmaların təqdim edilməsi mümkündürsə, biz bunu növbəti büdcə prosesində müzakirə edə bilərik"
Azvision.azxəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, xeyriyyəçiliklə bağlı məsələlərin vergidən azad edilməsi ilk dəfə Vergi Məcəlləsinə təqdim edilib.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxışı zamanı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanların bu işlə əlaqədar vergidən azad olunmasını təklif edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Vergi   Mikayıl-Cabbarov  





Xəbər lenti