Telefon qovşaqlarının adları dəyişdirilib

Telefon qovşaqlarının adları dəyişdirilib
  30 Noyabr 2018    Oxunub:2536
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında fəaliyyət göstərir.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, "Bakı Telefon Rabitəsi" ötən il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında yaradılıb. Şirkət şəbəkəsinə daxil olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri Mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirməni və ödənişlərin qəbulunu həyata keçirir.

Azvision.az



Teqlər:





Xəbər lenti