Sülhməramlıların göndərilməsinə razılıq verildi

 Sülhməramlıların göndərilməsinə razılıq verildi
  30 Noyabr 2018    Oxunub:1945
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsi məsələsinə baxılıb.
Azvision.az xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Qeyd edilib ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti