Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi

Nazirlik sellofan torbaların pullu olmasına aydınlıq gətirdi
  30 Noyabr 2018    Oxunub:2802
"Araşdırmalar göstərir ki, plastik torbaların ödənişsiz paylanmasının qarşısı alınan ölkələrdə istifadə 90-92 faizə qədər aşağı düşüb"
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

ETSN rəsmisi bildirib ki, hazırda marketlərdə plastik torbalar ödənişsiz olduğu üçün insanlar məhsulları bir neçə sellofan torba ilə evə aparırır. "Mərhələli şəkildə plastik torbalardan istifadənin məhdudlaşdırılması həyata keçiriləcək. İlk öncə maarifləndirmə tədbirləri aparmalıyıq".

U.Tağıyevanın sözərinə görə, plastik torbaların ödənişli olması gələn il daxil olan kimi tətbiq edilməyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyevin fikrincə, plastik torbalardan istifadənin ödənişli olması o demək deyil ki, qərar tezliklə veriləcək.

"Biz plastik torbaların istehlakçıları ilə müzakirələr aparırıq və qiymətləndirmə edəcəyik. Ödəniş məsələsi plastik torbaların məhdudlaşdırılması tədbirlərindən biridir. Parça torbaların istifadə olunması, onların ölkəyə daxil olması üçün gömrük güzəştlərinin edilməsi və digər məsələlər nəzərdə tutulur ki, bazada bu torbalardan istifadə stimullaşdırılsın".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti