ASAN Könüllüləri “Arşın mal alan”ı səhnələşdirib

ASAN Könüllüləri “Arşın mal alan”ı səhnələşdirib
  30 Noyabr 2018    Oxunub:2611
Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllüləri 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını səhnələşdiriblər.
Azvision.az xəbər verir ki, tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.

Sonda səhnə işinin ərsəyə gəlməsində iştirak edən şəxslərə təşəkkürnamələr verilib.

Xatırladaq ki, “ASAN Könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar hazırlanır.



Türkan Məmmədli
Azvision.az


Teqlər: ASAN  





Xəbər lenti