“Azərenerji”yə 12 milyon manat ayrıldı - Sərəncam

“Azərenerji”yə 12 milyon manat ayrıldı -  Sərəncam
  30 Noyabr 2018    Oxunub:2391
Prezident İlham Əliyev Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12 milyon manat ayrılınb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti