Komitə sədri məcburi köçkünləri dinlədi
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin yeni mənzillə təminatı, maddi rifah halının yüksəldilməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bu istiqamətdə verdiyi tapşırıqlar uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinin sürətləndirilməsi üçün göstəriş verib və icrasına şəxsən nəzarət edir.
Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Azvision.az
Teqlər: Qaçqınkom