Torpaq sahəsi olanların nəzərinə!

Torpaq sahəsi olanların nəzərinə!
  01 Dekabr 2018    Oxunub:2016
Nazirlər Kabineti "Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Bildirilir ki, bu qərar “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli 138 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib və bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azvision.az


Teqlər: Torpaq  





Xəbər lenti