Ermənistanda iki general dindirildi - Mart hadisəsi

  01 Dekabr 2018    Oxunub : 4119
Ermənistanda iki general dindirildi - Mart hadisəsi
Ermənistanda "1 mart 2008-ci il" cinayət işi üzrə min nəfərdən çox şəxs istintaqa çağırılaraq ifadəsi alınıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan deyib.
Ancaq S.Xaçaturyan konkret olaraq adlar açıqlamayıb. Lakin "Joxovurd" qəzeti Xüsusi İstintaq Xidmətinə çağırılaraq ifadəsi alınan iki generalın adını açıqlayıb.

Nəşr qeyd edib ki, ifadə verən şəxslər arasında sabiq polis rəisi, general Ayk Arutunyan və onun birinci müavini, general-leytenant Ararat Maxtesyan da var.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ermənistan