Obama və Klinton: “Buşun xidmətləri əvəzedilməzdir”
“Mən və Hillari Buşun uzun xidməti həyatına, sevgi və dostluğuna görə təşəkkür edirik. Onunla formalaşdırdığımız dostluğa görə əbədi minnətdar olacam. Gənc rəhbər kimi onun Kennebunkportdakı evinə dəvət alanda qızım Çelsaya göstərdiyi qayğıdan, anadangəlmə və əsl ləyaqətindən, xanımı Barbaraya və uşaqlarına sədaqətindən heyran olmuşdum” – Bill Klinton bildiirb.
Obama isə bu həftənin əvvəlində böyük Buşu onun Hyustondakı iqamətgahında ziyarət etdiyini və bunun mövcud dostluğun yenidən dirçəlişi olduğunu deyib. Onun sözlərinə görə, böyük Buşun ABŞ tarixinə və idarəetməsinə verdiyi töfhə əvəzedilməzdir.
“Amerika öz vətənpərvərini və təvazökar qulluqçusunu itirdi. Bu elə bir xidməti irsdir ki, heç zaman bənzəri olmayacaq, baxmayaraq ki, Buş bizim hamımızın buna cəhd etməyimizi istəyərdi” - Obama bəyan edib.
Qeyd edək ki, ABŞ-ın sabiq 41-ci prezidenti böyük Corc Buş 95 yaşında dünyasını dəyişib. 1989-1993-cü illərdə ABŞ prezidenti olan siyasətçinin arvadı Barbara Pirs isə bu ilin əvvəlində dünyasını dəyişib. Onun böyük oğlu - Kiçik Corc Buş ABŞ-ın 43-cü prezidenti olub, digər oğlu Ceb Buş isə Floridanın qubernatoru postunu tutub.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: ABŞ