Avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Avtomobildə pirotexniki vasitələr aşkarlanıb
  01 Dekabr 2018    Oxunub:1789
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən xəbərə görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.



Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyin arxasında üzərində "Picolla Corsar" yazısı olan 1300 qutu pirotexniki vasitələr aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti