Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO

 Nazir müavini canlı efirdə deputata hücum edib –  VİDEO
  01 Dekabr 2018    Oxunub:10771
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Yuri Qrımçak “ZIK” telekanalının canlı efirində yayımlanan “Narod protiv” siyasi tok-şousunda Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.
Azvision.az xəbər verir ki, məmurun bu cür aqressiv davranışına səbəb deputatın bu günlərdə Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş vermiş insidentin Kiyevin təxribatı olmasını deməsidir.

“Bu münaqişədə Rusiya Federasiyası maraqlı deyildi. Düşünürəm ki, bu insidentin sayəsində məqsədlərdən birinə – ABŞ və Rusiya prezidentlərinin “G20” sammitindəki görüşünün pozulmasına nail olundu” – Murayev bildirib.

Deputatın sözlərindən qəzəblənən nazir müavini onu təhqir edərək əli ilə vurmağa çalışıb və daha sonra Murayevin dayandığı studiya tribunasına təpiklə zərbə vurub. Zərbənin gücündən tribuna dağılıb.



Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   Kerç   Rusiya  





Xəbər lenti