Azərbaycanda İİV-ə yoluxanların statistikası

 Azərbaycanda İİV-ə yoluxanların statistikası
  01 Dekabr 2018    Oxunub:3106
2018-ci ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 547 nəfər təşkil edib ki, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.
Azvision.az xəbər verir ki, bunu Respublika QICS -lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.

Onun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2 %-də heteroseksual, 2,6 %-də homoseksual kontakt, 1,8 %-də anadan uşağa ötürülmə yolu, 0,02 %-də donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-də yoluxma yolu müəyyən edilməkdədir.

Aytən Zəhra
Azvision.az


Teqlər: İİV   Azərbaycan   SPİD  





Xəbər lenti