2022-ci ildən Bakıda dizelnən işləyən avtobus olmayacaq

2022-ci ildən Bakıda dizelnən işləyən avtobus olmayacaq
  01 Dekabr 2018    Oxunub:3319
"Avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb. Həmin tələblər hökumətə təqdim olunub"
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistlər Birliyinin (PJB) agentliyə təşkil etdiyi mediatur zamanı deyib.

V.Kərimli bildirib ki, həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır.

BNA sədri qeyd edib ki, hər birimiz üçün ətraf mühit vacibdir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: BNA   Sürücü   Avtobus  





Xəbər lenti