Milli Məclisin iclas vaxtı və gündəliyi açıqlandı

 Milli Məclisin iclas vaxtı və gündəliyi açıqlandı
  01 Dekabr 2018    Oxunub:3063
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi məlum olub.
Azvision.az xəbər verir ki, dekabrın 7-də keçiriləcək iclasın gündəliyinə 21 məsələ daxildir. Bunlar “Dövlət qulluğu haqqında”, “Uşaq hüquqları haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Avtomobil yolları haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mənzil məcəllərinə dəyişiklik layihələridir.

Deputatlar "Psixoloji yardım haqqında" qanun layihəsini (üçüncü oxunuş) də müzakirə edəcəklər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Qanun  





Xəbər lenti