AVRO-2020 - Rəqiblərimiz bu gün bilinəcək

 AVRO-2020  - Rəqiblərimiz bu gün bilinəcək
  02 Dekabr 2018    Oxunub:11197
Bu gün İrlandiyanın paytaxtı Dublində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Azvision.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan yığmasının rəqibləri və hansı qrupda oynayacağı məlum olacaq.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər.

Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

Azvision.az



Teqlər: Avro-2020  





Xəbər lenti