Bakıda avtobuslarda velosiped üçün yer olacaq

Bakıda avtobuslarda velosiped üçün yer olacaq
  03 Dekabr 2018    Oxunub:2992
Gələcəkdə pilot layihə olaraq müəyyən avtobusların qabaq hissəsində velosipedin qoyulması üçün yerlər olacaq.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Velosipedin avtobusun salonuna qoyulmasına icazə verilməsinə gəlincə, V.Kərimli bildirib ki, bu məsələ artıq Avropada da qadağan olunur.

"Çünki hər hansı bir qəza zamanı onun mexanizmləri sərnişinlərə xəsarət yetirə bilər"-, deyə BNA sədri vurğulayıb.



Anar Kəlbiyev
Azvision.az



Teqlər: Avtobus   BNA   Velosiped  





Xəbər lenti