Bakıda dəhşətli qəza: 4 nəfər öldü

Bakıda dəhşətli qəza:  4 nəfər öldü
  03 Dekabr 2018    Oxunub:5861
Dekabrın 1-də saat 23 radələrində Pirallahı rayonunun Dübəndi qəsəbəsi ərazisində Zirə qəsəbə sakini Namiq Zülfüqarov idarə etdiyi “Chevrolet” markalı avtomobili yol ayırıcısına (səkiyə) vurduqdan sonra yolun əks istiqamətinə keçərək qarşıdan gələn Xaçmaz rayon sakini Ümüd Alxasovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, nəticədə N.Zülfüqarov, sərnişinləri Şahin Qarayev, Anar Əliyev və Tərlan Cəlilov hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti