Yol tikintisinə 5,6 milyon ayrıldı - Sərəncam

Yol tikintisinə 5,6 milyon ayrıldı -  Sərəncam
  03 Dekabr 2018    Oxunub:2992
Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azvision.az


Teqlər: Prezident   Sərəncam   Yol  





Xəbər lenti