General Məmmədov İrəvanı “Polonez”lə hədələdi

 General Məmmədov İrəvanı “Polonez”lə hədələdi
  03 Dekabr 2018    Oxunub:5262
“İrəvanda keçirilən “Lazarev klubu”nun iclasında MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyevin çıxışı hazırkı Ermənistan rəhbərliyinə ünvanlanmış xəbərdarlıqdır”
Azvision.az xəbər verir ki, bunu rusiyalı ekspertin səsləndirdiyi fikirləri şərh edərkən ehtiyatda olan general-leytenant Çingiz Məmmədov bildirib.

“Çıxışda diqqət çəkən məqam ondan ibarətdir ki, rusiyalı ekspert V.Yevseyev hazırkı vəziyyətin Ermənistan və qondarma “DQR” orduları üçün əlverişsiz olduğunu, Azərbaycanın Ordusunun isə silah baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə N.Paşinyan hökumətini illər əvvəl müəyyən edilmiş siyasi kursdan çıxmamağı məsləhət görür. Bir sözlə, Rusiyalı ekspertin çıxışının əsas məğzi Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin Ermənistan dövlətçiliyi üçün olduqca təhlükəli olduğunu anlatmaqdır", - Ç.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Polonez”, “LORA” və bu günədək nümayiş etdirilməyən digər silahlar düşmən ölkə ərazisində istənilən obyektləri məhv etməyə qadirdir:

"Bu səbəbdən də rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyi hazırkı reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməli və münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. Əks halda Ermənistan Azərbaycan Ordusunun gücünü sözün əsl mənasında hiss edəcəkdir".

Azvision.az



Teqlər: General  





Xəbər lenti