Baş nazirdən hərbi vəziyyətlə bağlı qərar

  04 Dekabr 2018    Oxunub : 1003
Baş nazirdən hərbi vəziyyətlə bağlı qərar
Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 may tarixli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” təsdiq edilib.

Azvision.az

Teqlər: Baş-Nazir   Novruz-Məmmədov