Şahbazov OPEK+ ölkələri nazirlərinin iclasında

Şahbazov OPEK+ ölkələri nazirlərinin iclasında
  04 Dekabr 2018    Oxunub:2019
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov 4-7 dekabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.
Energetika Nazirliyindən Azvision.az-a verilən məlumata görə, nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasında iştirak edəcək.

Energetika naziri 7 dekabrda isə OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq. Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

Azvision.az



Teqlər: OPEK  





Xəbər lenti