Son iki ayda 25 nəfər dəm qazından zəhərlənib, 5-i uşaqdır

Son iki ayda 25 nəfər dəm qazından zəhərlənib,  5-i uşaqdır
  04 Dekabr 2018    Oxunub:2198
Cari ilin oktyabr ayında 9, noyabr ayında isə 16 nəfər dəm qazı zəhərlənməsi ilə əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə müraciət edib.

Bu barədə Azvision.az-a ölkənin baş toksikoloqu Azər Maqsudov məlumat verib.
Şöbə rəhbəri bildirib ki, zəhərlənənlərdən 5 nəfəri uşaq olub, digərləri isə əsasən qadınlardır. Onun sözlərinə görə, dəm qazı zəhərlənməsi halları daha çox vanna otağında müşahidə edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azər-Maqsudov   Dəm-qazı   Zəhərlənmə  





Xəbər lenti