“Uşaqların rus sektoruna getməsi məni narahat edir” - Deputat

“Uşaqların rus sektoruna getməsi məni narahat edir” -  Deputat
  04 Dekabr 2018    Oxunub:3115
“İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”

Azvision.az xəbər verir ki, bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.
O, rus dilinə qarşı olmadığını sözünə əlavə edib: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   Rus-dili  





Xəbər lenti