Ermənistanda “Su-25” qəzası: Polkovnik və mayor öldü - (Yenilənib)

Ermənistanda “Su-25” qəzası:  Polkovnik və mayor öldü  - (Yenilənib)
  04 Dekabr 2018    Oxunub:13858
Ermənistan Müdafiə Nazirliyi radarlardan itən "Su-25" qırıcısının qəzaya uğradığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb. Bildirib ki, qırıcı təyyarə Şirak vilayətinin Maralika rayonunda qəzaya düşüb.

Hadisə zamanı "Su-25" təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan ölüb.

***
Ermənistan ordusunun hərbi hava qüvvələrinə məxsus “Su-25” hərbi təyyarəsi radarlardan itərək yoxa çıxıb

Azvision.az xəbər verir k, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, gündəlik planlı təlim uçuşunu yerinə yetirən zaman Ermənistan silahlı qüvvələrinin “Su-25” hərbi təyyarəsi səhər saat 10:20 radələrində radarlardan itib və təyyarənin pilotu ilə əlaqə kəsilib.

Təyyarənin saat 10:06-da Gümrüdəki aeroportdan havaya qalxdığı bildirilib. Hazırda itmiş “Su-25”in tapılması ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   gümrü   Su-25  





Xəbər lenti