Yeni gömrük işçiləri üçün hazırlıq kursları başlayıb

Yeni gömrük işçiləri üçün hazırlıq kursları başlayıb
  04 Dekabr 2018    Oxunub:7218
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları başlayıb.
DGk-dan Azvision.az-a verilən məlumata görə, kurslarda dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Dinləyicilərin ərazi gömrük orqanlarında təcrübə keçməsi də nəzərdə tutulub.



Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.

Dərslərə Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşları, o cümlədən Dövlət Gömrük Komitəsinin Akademiyasının yüksək bilik və peşə bacarığına malik olan professor-müəllim heyəti cəlb edilib.

Azvision.az




Teqlər: Gömrük   Əməkdaş  





Xəbər lenti