Messi və Neymarın qol vura bilmədiyi robot qapıçı Bakıda - FOTO

Messi və Neymarın qol vura bilmədiyi robot qapıçı Bakıda -  FOTO
  04 Dekabr 2018    Oxunub:4820
Bakıda keçirilən “Bakutel 2018” sərgisində alman alimlərin ixtirası olan ultra-modern texnologiya əsaslı “Robokiper” təqdim olunub.

AzVision.az xəbər verir ki, dünyanın ən sürətli qapıçısı hesab edilən “Robokiper”ə sərginin zirayətçiləri və qonaqlar qol vurmağa çalışıblar. Amma bu, o qədər də asan olmayıb. Vurulan onlarla zərbədən cəmi bir-ikisi qol olub.
Qeyd edək ki, “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər. Dünyada cəmi 10 nüsxədə mövcud olan “Robokiper” dünyanın hər yerində böyük maraqla qarşılanır.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Robot   Qapıçı  





Xəbər lenti