Bu yolda hərəkət bir aylıq məhdudlaşdırılır

Bu yolda hərəkət bir aylıq məhdudlaşdırılır
  04 Dekabr 2018    Oxunub:1868
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 94-cü km-də yerləşən yeraltı piyada keçidinin sağ yarım hissəsində deformasiyaya uğramış aşırım tirlərinin dəyişdirilməsi məqsədilə avtomobil yolunun sözügedən hissəsində 5 dekabr tarixindən etibarən 1 ay müddətinə nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az-a verilən məlumata görə, sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir.

Azvision.az


Teqlər: AAYDA   Təmir   Yol  





Xəbər lenti