Bir həftədə 140 əcnəbi saxlanılıb - VİDEO

Bir həftədə 140 əcnəbi saxlanılıb -  VİDEO
  04 Dekabr 2018    Oxunub:2109
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb. Onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.
DMX-dan Azvision.az-a verilən məlumata görə, saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilmiş, digər 26 nəfərin isə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.



Azvision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti