Xocəsəndə sürücü piyadanı vurub qaçdı

Xocəsəndə sürücü piyadanı vurub qaçdı
  04 Dekabr 2018    Oxunub:1415
Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
DİN-dən Azvision.az- a verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti